Şəhid Şəhriyar Əlibəyli dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO



Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub. 

Oxu.Az xəbər verir ki, şəhidimiz İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

12:19

Şəhid Şəhriyar Əlibəylinin cənazəsi İkinci Şəhidlər xiyabanına gətirilib. 

Oxu.Az xəbər verir ki, şəhidin cənazə namazı qılınıb.

Şəhidin dəfni zamanı fəxri qaravul dəstəsi havaay atəş açıb. 

11:53

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb. 

Oxu.Az xəbər verir ki, şəhidimizin cənazəsi dəfn edilməsi üçün İkinci Şəhidlər xiyabanına aparılır.

11:05

Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə ehtiramla yaşadığı bina sakinləri eyvanlardan bayraqlar asıblar.

Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi yaxın dəqiqələrdə dəfn üçün yaşadığı evdən çıxarılacaq. 

Qeyd edək ki, dəfn mərasimi İkinci Şəhidlər xiyabanda baş tutacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

10:10

Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə gəliblər.

Oxu.Az xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi davam edir.

09:08

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.

Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

Hiç yorum yok:

Yorum Gönder

Pages