Şəhid Eşqin Hüseynov dəfn olundu - YENİLƏNİB + FOTO



Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə vida mərasimi başa çatıb. 

Bakmiltv. İnfo -nın məlumatına görə, şəhidimiz Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn edilib.

14:33

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.

Bakmiltv. İnfo -nın məlumatına görə, yaşadığı evdə keçirilən vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidimiz doğulduğu Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn olunacaq.


Hiç yorum yok:

Yorum Gönder

Pages