Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub - FOTO



Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Birinci Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

Oxu.Az xəbər verir ki, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları Rüstəm İbrahimbəyov haqqında xatirələrini və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.

Daha çox foto burada: PhotoStock.az

Aytac Qasımova

Hiç yorum yok:

Yorum Gönder

Pages