Rəşad Dağlının həbs müddəti artırılıb - YENİLƏNİB + VİDEO



Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Bu barədə “Report”a meyxanaçının vəkili Elvin Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gün Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.

11:42

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün növbəti dəfə məhkəməyə gətirilib.

“Trend” xəbər verir ki, bu gün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.

Xatırladaq ki, R.Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qətli törədəndən sonra R.Dağlı könüllü olaraq polisə təslim olub və qətl hadisəsini törətdiyini etiraf edib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages