Prezident: “Azərbaycanda elektrik enerjisi ilə bağlı daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir”



“Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

Hazırda “Masdar” və “ACWA Power” şirkətləri ilə iki layihənin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulayıb:

“Bunlar iki qlobal enerji şirkətidir və onlar bərpa olunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda bp ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpa olunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühiti münasibdir. Belə olmasa, onlar sərmayə yatırmazdılar”.

Hiç yorum yok:

Yorum Gönder

Pages