İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlayıb - FOTO



Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Tehran rejimi həmçinin mərkəzin üzvlərinə qarşı təzyiqləri də artırıb.

Bununla bağlı mərkəzin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, mərkəzin Təbrizdən olan iki üzvü - tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur - fevralın 27-də həbs olunub.

“Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir”, - deyə paylaşımda vurğulanıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages