Bu gün Bakının Xətai rayonunda yerləşən hipermarketin qarşısında baş vermiş silahlı hücum bir çox məsələlərə yenidən nəzər salmağa səbəb olub.
Bunlardan biri də inkassasiya xidmətlərinin təşkili ilə bağlıdır. Bu xidmətlərin kimlər tərəfindən icra olunması maraqlı məqamlardandır.
İnkassasiya xidmətlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirildiyi məlumdur. Halbuki bu riskli xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları da icra edə bilər. Və bu daha məqsədəuyğun olardı.
Ümumiyyətlə, bu məsələlər qanunla necə tənzimlənir? Beynəlxalq təcrübə bu barədə nə deyir?
Hiç yorum yok:
Yorum Gönder