Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.
Bu barədə AZƏRTAC xəbər verir.
Qeyd olunur ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Hiç yorum yok:
Yorum Gönder