Həkim, yazar , ictimai xadim Hacı Azadə Abbas qızı vəfat edib.

Dunyaxeber.orgun əldə etdiyi məlumata görə ictimai xadim Hacı Azadə Abbas qızı bu gün  dünyasını dəyişib.

Bu barədə sosial şəbəkə hesabında  yaxınları paylaşım edib.

Qeyd edim ki  Hacı Azadə Taleh Abbasqızı (Hüseynova) – şair, publisist, həkim-jurnalist. Prezident təqaüdçüsü. 2006-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyətinin üzvü (1995). Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü idi.  2017-cı ildən Avrasiya Sanat Kultur və Bilim Fedarasiyonuna Azərbaycan təmsilçisi seçilmişdir. 2014-cü ildən Rusiya, Dağıstan, Dərbəndə fəaliyyət göstərən “Gülüstan” Ədəbiyyatçılar ittifaqının üzvü, Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvü idi. Gürcüstan Azərbaycanlıları Jurnalistlər Birliyinin üzvü  “Qafqaz-Press” qəzeti, “Qanqal” qəzeti, “Hakimiyyət və zaman”, və “Kardioloqiya” jurnallarının təsisçi və baş redaktoru idi. “Borçalı” qəzetinin və eyni adlı jurnalın baş redaktoru. “Qafqaz-Media” İctimai Birliyinin sədri və Qafqazmedia.az saytının rəhbəri idi.

Hiç yorum yok:

Yorum Gönder

Pages