Hacı Nuranın səhhətində problem yarandı



Aparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.

Axşam.az xəbər verir ki, bu haqda o özü məlumat yayıb. Hacı Nuran bildirib ki, hazırda Almaniyada müayinəyə yollanıb:

“Bu əziz günlərdə mənim səhhətim yenə şıltaqlıq etdi. Almaniyanın Düsseldorf şəhərində müayinəm və müalicəm davam edir. Özümü pis hiss etdim və həkimlər məni danladılar. Bu gün yenə Düsseldorfdayam və yenə sizin dualarınıza ehtiyacım var! Müalicəm davam edir”.

Qeyd edək ki, Hacı Nuran xərçəngdən əziyyət çəkir.

Hiç yorum yok:

Yorum Gönder

Pages