FHN əməliyyat görüntüləri yayıb - VİDEO



Ötən sutka ölkə ərazisində 29 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 2 yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 6 nəfər, o cümlədən yol-nəqliyyat hadisələri nəticəsində avtomobillərdə sıxılmış vəziyyətdə qalan 3 nəfər xilas edilib.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages