Cənub bölgəsində ilaxır çərşənbə - VİDEO



Qədim və milli bayramlarımızdan olan Novruza qədər dörd çərşənbə - Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Torpaq çərşənbəsi xalq arasında Yer çərşənbəsi, İlaxır çərşənbə kimi də adlanır.

Astaranın Kakalos kəndində bu gün təmtaraqla, özünəməxsus şəkildə keçirilir. Kənd sakinləri Novruzun gözəllik bayramı olduğunu bildirirlər. Məhz bu günlərdə bütün kənd sakinləri bir araya gəlib, bayram xonçaları və yeməkləri hazırlayırlar. Milli şirniyyatlardan olan çəngürü bişirib, paxla bitkilərdən lərgə plov süzürlər. Təndirdə balıq ləvəngisi də hazırlanır.

Kənd sakini 85 yaşlı Fərbiyyə nənənin sözlərinə görə, adət-ənənələrimizdə olduğu kimi, İlaxır çərşənbədə də süfrələrə “S” hərfi ilə başlanan 7 adda təam qoyulur. Bayram şənliyində, həmçinin sənətkarlar əl işlərini də nümayiş etdirirlər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages