Bu gün Vaqif Gərayzadənin doğum günüdür



Bu gün Azərbaycan bəstəkarı, fəlsəfə üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi Vaqif Əzizağa oğlu Gərayzadənin doğum günüdür. 

O, 27 mart 1961-ci ildə Bakıda anadan olub. V.Gərayzadə ilk musiqi təhsilini 1971-1976-cı illərdə Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı 5 illik musiqi məktəbinin fortepiano sinfində alıb. 1983-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirərək, 1993-1997-ci illərdə təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib.

Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, həmçinin estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub.

V.Gərayzadə müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində əsərlərin müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, “Aypara”, “W-trio”, “Şeron” musiqi qruplarının yaradıcısı, “Şərq ulduzları” və “Şərq çırağı” vokal qruplarının rəhbəri olub.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Ailəlidir, iki övladı var.

Hiç yorum yok:

Yorum Gönder

Pages