BOS-dan xeyriyyə oyununa görə jest: “Qarabağ”dan ödəniş alınmayacaq



Martın 26-da Bakı Olimpiya Stadionunda (BOS) “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında xeyriyyə matçı təşkil olunacaq. Qarşılaşmanın məramını nəzərə alan arena rəhbərliyi oyunun keçirilməsi üçün lazım olan ödənişləri və icarə haqqını Ağdam klubundan almayacaq.

Bu barədə Oxu.Az saytına açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə məlumat verib. O, xeyriyyə matçı olduğu üçün belə addım atıldığını söyləyib:

“Qarabağ” müraciət edərkən bildirdi ki, oyundan əldə ediləcək bütün məbləğ, hətta kiçik reklam gəlirləri belə, Türkiyədə zəlzələdən zərərçəkmiş insanların evlərinin tikilməsinə xərclənəcək. İstədik ki, şorbada bizim də duzumuz olsun və heç bir ödəniş tələb etmədik. Oyunlar zamanı əməkdaşlıq etdiyimiz müxtəlif üçüncü şirkətlərdən də bununla bağlı müsbət cavablar aldıq. Onlar da bildirdilər ki, kömək istəyirlər. “Qarabağ” bu oyunun keçirilməsi üçün BOS-a heç bir ödəniş etməyəcək”.

F.Əsədzadə oyunun keçirilməsinə nə qədər xərc çəkiləcəyinin hələ bəlli olmadığını əlavə edib:

“Nə qədər xərc olacağını demək asan deyil. Bu, oyuna görə dəyişir. Tamaşaçı sayı, oyunun prestiji, cəlb ediləcək əməkdaş sayı kimi məqamlardan çox şey asılıdır”.

“Qarabağ” - “Qalatasaray” matçı saat 20:00-da start götürəcək.

Hiç yorum yok:

Yorum Gönder

Pages