Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir



Bakıdakı Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir.

“Report”un xəbərinə görə, toplantıda X Qlobal Bakı Forumunun iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində “Qlobal liderlərin Heydər Əliyevin irsinə ehtiramı” və “Milli kimliyin qurulması” adlı panel iclasları keçiriləcək.

Toplantıda Albaniya Prezidenti Bayram Beqay çıxış edəcək. 

Tədbirdə, həmçinin Latviyanın Sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Bolqarıstanın Sabiq Prezidenti Petar Stoyanov, Rumıniyanın Sabiq Prezidenti Emil Konstantinesku və bir sıra ölkənin sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların Sabiq rəhbərləri də çıxışlar edəcəklər.

Hiç yorum yok:

Yorum Gönder

Pages