Bakıda Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO



Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub.

“Report”un məlumatına görə, ilk olaraq gimnastlar iştirakçı ölkələrin bayraqları ilə paraddan keçiblər.

Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Azərbaycanda 8-ci dəfə belə mötəbər yarışın təşkil olunduğunu xatırladıb:

“Ötən illər ərzində idman gimnastikasında bir sıra uğurlar əldə etmişik. Təmsilçilərimiz Yay Olimpiya Oyunlarında uğurla çıxış ediblər. Eyni zamanda, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında da parlaq nəticələr olub. Budəfəki Dünya Kubokunda rekord sayda komanda iştirak edəcək. Bütün idmançılara uğurlar arzulayıram”.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan edilib.

Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 48 ölkədən 173 gimnast müxtəlif proqramda çıxış edəcək. Azərbaycanı yarışda Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov təmsil edirlər.

Qeyd edək ki, bu gün kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınlarda isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollarda təsnifat yarışları baş tutacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages