Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə mayda Bakıda beynəlxalq turnir keçiriləcək.
Federasiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. Yarışın qalibi mayın 6-da müəyyənləşəcək.
Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.
Hiç yorum yok:
Yorum Gönder