Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında 3-cü qızılı medalı qazanıblar.
Fəxri kürsünün ən yüksək pilləsinə son olaraq Murad Əhmədiyev qalxıb. 97 kq-da yer alan idmançı finalda macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gəlib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 4 medalla başa vurub. Əhmədiyevlə yanaşı, Elmir Əliyev (60 kq) və Qurban Qurbanov (72 kq) Avropa çempionu olublar, Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub.
21:46
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.
20:31
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.
Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.
Hiç yorum yok:
Yorum Gönder