Bu gün Antalyada cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.
Bakmiltv. İnfo xəbər verir ki, ilk yarış günündə Azərbaycanın səkkiz idmançısı beş çəki dərəcəsində mübarizə aparacaq.
Nazir Talıbov (60 kq) 1/32 final mərhələsində çexiyalı David Pulkrabeklə qarşılaşacaq.
Kəramət Hüseynov (60 kq) 1/16 finalda Muhammadsoleh Quvatov (Tacikistan) - Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi ilə güləşəcək.
Yaşar Nəcəfov (66 kq) 1/32 finalda İtaliya idmançısı Fabio Basillə görüşəcək.
Böyük Dəbilqənin üçqat qalibi, Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 finalda Hekim Aqamammedov (Türkmənistan) - Antoni De Angelis (Latviya) cütlüyünün qalibini sınağa çəkəcək.
Qadınların yarışında Leyla Əliyeva (48 kq) 1/32 finalda Mariya Buyok (Ukrayna), Könül Əliyeva (48 kq) isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə güləşəcək.
Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda kanadalı Kelli Dequçi ilə görüşəcək. O, Kanada idmançısını məğlub edərsə, 1/16 finalda Cənubi koreyalı Kanq Yujeonqla qarşılaşacaq.
Fidan Əlizadə (57 kq) 1/32 finalda Yulia Kovalçuku (Polşa) sınağa çəkəcək. O, bu mübarizədən qalib ayrılsa, 2022-ci ildə Bakıda keçirilən Böyük Dəbilqəni qazanan Krista Dequçiyə (Kanada) rəqib olacaq.
Böyük Dəbilqəyə aprelin 2-də yekun vurulacaq.
Hiç yorum yok:
Yorum Gönder