Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Antonio Vitorino Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvət edildiyinə görə təşəkkürünü bildirib, bu sammitin hazırda beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından çox yaxşı fürsət yaratdığını deyib.
Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak etdiyinə görə Antonio Vitorinoya minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.
Ölkəmizlə rəhbərlik etdiyi təşkilatın səmərəli əməkdaşlığına görə təşəkkürünü ifadə edən Antonio Vitorino Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər. O, həmçinin deyib ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.
Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib.
Qonaq Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğulayıb.
Görüşdə azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və BMT-nin digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi bildirilib.
Antonio Vitorino Azərbaycanın yeni donor ölkə kimi təşkilatın büdcəsinə verdiyi maliyyə töhfələrinin də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
11:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Hiç yorum yok:
Yorum Gönder