Azərbaycan millisi Kolumbiya ilə qarşılaşa bilər



Azərbaycan millisi Kolumbiya yığması ilə yoldaşlıq görüşü keçirə bilər.

Məlumata görə, Kolumbiya yığması iyunda Avropa təmsilçiləri ilə iki yoxlama oyunu keçirmək istəyir. Ancaq həmin vaxt Millətlər Liqası və seçmə mərhələ görüşləri baş tutacağından variant elə də çox deyil. Hazırda Kolumbiyanın yalnız Polşa, Serbiya və Azərbaycan milliləri ilə qarşılaşmaq ehtimalı var. Yerli federasiya tezliklə adıçəkilən milli assosiasiyalarla danışıqlara başlayacaq.

İyunun 12-20 aralığı milli komandaların oyunlarına həsr olunacaq. Azərbaycan yığması iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniya millisini qəbul edəcək.

Mənbə: “Antena 2”

Hiç yorum yok:

Yorum Gönder

Pages