Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.
Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, 11 turdan ibarət qitə çempionatında 35 ölkə iştirak edəcək. Azərbaycanı yarışda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər.
Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.
Hiç yorum yok:
Yorum Gönder