Avropa İttifaqı (Aİ) ölkələri 2 milyard avroluq müqavilə ilə bağlı işləri yekunlaşdırmaq üzrədir.
Bu məbləğ Ukraynada tükənməkdə olan sursatların artırılması üçün istifadə olunacaq. Bununla bağlı məlumatlar mətbuatın əlinə keçib.
Plan iki əsas elementdən ibarətdir. Birincisi, Aİ Kiyevi öz ehtiyatlarından dərhal silah-sursatla təmin edə biləcək ölkələrin xərclərinin qismən ödənilməsi üçün bir milyard avro xərcləyəcək. İkincisi, daha bir milyard avroya yeni sursatlar alınacaq.
Söhbət məhz birgə satınalmalardan gedir, çünki bu yolla Aİ ölkələri daha ucuz qiymətə daha böyük müqavilələr bağlaya biləcək. Bu sxem Ukraynanın daha çox döyüş sursatı, xüsusən də 155 millimetrlik artilleriya mərmilərinin verilməsi ilə bağlı müraciətlərinə cavab olaraq imzalanacaq.
Xatırladaq ki, bu müqavilənin hazırlanması barədə ilk dəfə martın əvvəlində məlum olub.
Mənbə: “Politico”
Hiç yorum yok:
Yorum Gönder