Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür.
Budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşanır. Çünki rəşadətli Ordumuz Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.
Dəhşətli qətliamın ildönümü ilə bağlı fevralın 26-da Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi xalqımız tərəfindən ziyarət olunur. Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edir:
Hiç yorum yok:
Yorum Gönder