“Türkiyədə zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələrimiz var”.
Bakmiltv. İnfo nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, zəlzələ baş verən kimi Prezident İlham Əliyevin göstərişi ilə xilasesicilərimiz oraya göndəriıib:
“Bir çox ölkələr dəstək göndərsə də, ilk və böyük həcmli dəstək bizim ölkədən olub. Azərbaycan xilasediciləri tərəfindən 50-dən artıq insan sağ çıxarılıb. Səfirliyimiz və Baş konsulluğumuzun vasitəsilə orada yaşayan şəxslərlə əlaqə qurulub, təxliyə edilmişdi. Müraciət edənlərin təxliyəsi təşkil edilib. Axtarışlar hələ də davam edir”.
Hiç yorum yok:
Yorum Gönder