“Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobuslar Bakı Avtovağzal Kompleksinə gəlir”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O bildirib ki, bu günə qədər Azərbaycana dörd təxliyə avtobusu çıxıb:
“Axşama qədər bir neçə avtobusun da gələcəyi gözlənilir. Hələlik dəqiq saat yoxdur, lakin olan kimi ictimaiyyətə məlumat veriləcək”.
13:43
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, 9 fevral tarixində saat 17:00-da daha bir təxliyə avtobusu Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
📢 Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə‼️
— AzEmbassyTürkiye (@AzEmbassyTurkey) February 9, 2023
9 fevral tarixində saat 17:00-da təxliyə avtobusu Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcəkdir.
12:38
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, 9 fevral tarixində saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
📢 Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə‼️
— AzEmbassyTürkiye (@AzEmbassyTurkey) February 9, 2023
9 fevral tarixində saat 14:00-da təxliyə avtobusu Gaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcəkdir.
Könül Cəfərli
Hiç yorum yok:
Yorum Gönder