Varşavada silah gəzdirilməsinə qadağa qoyulub



Polşa Administrasiyası və Daxili İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin respublikaya səfəri ilə əlaqədar silah gəzdirməyə qadağa tətbiq etmək qərarına gəlib.

Bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Varşava polisinin nümayəndəsi Silvestr Marçak bildirib.

“Fevralın 20-dən 22-dək silah gəzdirmək qadağandır. Qadağa, o cümlədən, qanuni silah istifadəçilərinə də şamil olunur”, - deyə o, bəyan edib. DİN rəsmisi “bunun təhlükəsizliklə bağlı olduğunu” vurğulayıb.

Marçakın sözlərinə görə, Baydenin səfəri ilə əlaqədar Polşa polisinin baş komendantı Varşavaya əlavə hüquq-mühafizə qüvvələri göndərmək qərarına gəlib. Mətbuat katibi xəbərdarlıq edib ki, Polşa paytaxtının sakinləri Amerika liderinin şəhər ətrafında hərəkətləri səbəbindən yarana biləcək çətinliklərə hazırlaşmalıdırlar.

Polşa tərəfinin məlumatına görə, Bayden fevralın 21-də yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 11:30) Varşava hava limanına gələcək. 

Mənbə: TASS

Hiç yorum yok:

Yorum Gönder

Pages