“Yaxşı əsər yaratmaq çox çətindir”.
Bu sözləri Xalq artisti, kinorejissor Vaqif Mustafayev ARB telekanalında yayımlanan “O üz” verilişində deyib.
O, verilişdə “Fəryad” filminin ərsəyə gəlməsindən danışıb.
“Mən “Fəryad” filminin ssenarisini bacımgilin evində, eyvanda oturub yazdım. Həmin dövrdə o eyvandan Xocalıya gedən əsgərləri izləyirdim. Bu əsər ədalətsizliyə qarşı mübarizə kimi ərsəyə gəldi”, - deyə o qeyd edib.
Xatırladaq ki, “Fəryad” filmi 1993-cü ildə istehsal olunub. “Ögey ana” filminin baş qəhrəmanı - İsmayıl (Ceyhun Mirzəyev) artıq böyüyüb, ailə sahibi olub. “Fəryad” filmində İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. Əsirlikdə ermənilər yaralı İsmayılın başına olmazın müsibətlər gətirirlər.
Birinci Qarabağ müharibəsinə həsr olunmuş filmin baş qəhrəmanının prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.
Rejissor Vaqif Mustafayev təxminən 30 il sonra filmin ardını da çəkərək, onu “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) adlandırıb. Çəkilişlər 2022-ci ildə yekunlaşıb.
Hiç yorum yok:
Yorum Gönder