Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 20 min nəfəri ötüb - YENİLƏNİB



Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 213 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 052 nəfər yaralanıb.

22:07

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 875 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 79 717 nəfər yaralanıb.

18:29

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

16:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələ bölgəsi olan Adıyamana səfər edib.

Türkiyə lideri burada zəlzələdən əziyyət çəkənlər üçün hazırlanmış çadır şəhərciyini ziyarət edib.

Türkiyə prezidenti burada zəlzələ nəticəsində həlak olanların son sayını da açıqlayıb.

Belə ki, zəlzələ nəticəsində Türkiyədə həlak olanların sayı ümumilikdə 18 991-ə çatıb. Yaralıların sayı isə artaraq 75 523-ə yüksəlib.

Qeyd edək ki, bu gün R.T.Ərdoğan Malatya şəhərinə də baş çəkəcək.

Mənbə: HaberTürk

10:29

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 18 342 nəfərə çatıb.

Yaralıların son açıqlanan sayı isə 74 242 nəfərdir.

Dağılan binaların sayı 6 444 təşkil edir.

Mənbə: Anadolu

Hiç yorum yok:

Yorum Gönder

Pages