Siyəzəndə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanıldı



Siyəzəndə avtomobil oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus VAZ-21099 markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages