Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb.
Xəstəxananın müşahidə kamerasına düşən görüntülərdə onun çarpayıda uzanaraq məhkəmə prosesinə qoşulduğu əks olunub.
Qeyd edək ki, müxalifət kanalları bir neçə gün əvvəl Mixail Saakaşvilinin huşunu itirmə videosunu yayıblar.
Onun vəkili iddia edib ki, Mixail Saakaşvili sürətlə çəki itirir və demensiya (əqli qabiliyyətin itməsi) problemindən əziyyət çəkir.
Mənbə: “Sputnik” Gurcüstan
Hiç yorum yok:
Yorum Gönder