Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən 7,6 bal gücündə zəlzələnin episentri olan Kahramanmaraşın Elbistan mahalına səfər edib. Onu MHP sədri Dövlət Bağçalı və BBP sədri Mustafa Destici müşayiət edib.
Məlumata görə, Prezident Ərdoğan Elbistandan sonra Kahramanmaraşın Afşin və Malatyanın Doğanşehir rayonlarında zəlzələ qurbanları ilə görüşəcək və görülən işlərlə tanış olacaq.
Mənbə: A Haber
Hiç yorum yok:
Yorum Gönder