Qurban Qurbanov qələbənin ardından təəssüratlarını AÇIQLADI



“Futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda sonadək mübarizə aparan kollektiv gördüm”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis pley-offda ilk qalibiyyətin oyunçuların böyüməsi baxımından önəmli olduğunu bildirib:

“Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür rəqibə həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır”.

Qurbanov yeni transferlərdən razı qaldığını söyləyib:

“Onlara bir az vaxt lazımdır. İşlər pis getmir. Məsuliyyətli futbolçulardır”.

Hiç yorum yok:

Yorum Gönder

Pages