Qüdsdə “Ağlama divarı” qarşısında alt paltarında gəzən qadın saxlanılıb



Qüdsdə alt paltarında Qərb Divarının (“Ağlama divarı”) yaxınlığında gəzən qadın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq dindirilməyə aparılıb.

Bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin mərkəzi rayon sakini 35 yaşlı qadın alt paltarında “Ağlama divarı”nın yanından keçərkən saxlanılıb.

Polisin mətbuat xidməti vurğulayıb ki, qadın “müqəddəs yeri qəsdən təhqir etməkdə” şübhəli bilinir. Mümkün cəza barədə məlumat yoxdur.

Qeyd edək ki, yəhudilərin müqəddəs məkanı olan “Ağlama divarı”nın yaxınlığında davranış qaydaları təvazökar geyinməyi, ayaqları və çiyinləri, kişilər üçün isə başı örtməyi tələb edir.

Mənbə: gazeta.ru

Hiç yorum yok:

Yorum Gönder

Pages