QMİ sədri dini liderləri İrandakı səfirliyimizdə törədilmiş terrora sərt münasibət sərgiləməyə dəvət edib



Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dini liderləri Azərbaycanın İrandakı səfirliyindəki törədilmiş terrora sərt münasibət sərgiləməyə dəvət edib.

“Report”un xəbərinə görə, o, bu barədə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşdə çıxış edərkən bildirib.

Şeyxülislam A.Paşazadə din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssaslıq kəsb edən dini hisslərin, rəmz və müqəddəs atributların təhqiri hallarının qarşısının alınması zəruriliyinə diqqəti yönəldib. Bildirib ki, bu yaxınlarda bəzi Avropa ölkələrində - İsveç və Niderlandda radikal şəxslər tərəfindən Quranın yandırılması, Qüdsdə və Pişəvərdə törədilən terror hücumları olduqca təhlükəli təzahürlərdir. Tehrandakı səfirliyimizə insan itkisi ilə nəticələnən terror hücumunu diqqətə çatdıraraq, bunu beynəlxalq hüquqazidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirib və bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət sərgiləməyə dəvət edib

Hiç yorum yok:

Yorum Gönder

Pages