Nüvə yanacağı istehsalı üzrə lider olan Rusiya şirkətinin rəhbərləri sanksiya altına düşdülər



Böyük Britaniya Rusiya Federasiyasının 92 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə Britaniya hökuməti bəyanat yayıb.

Bildirilir ki, siyahıya RF Dövlət Atom Enerjisi Korporasiyası “Rosatom”un yüksək vəzifəli şəxsləri, o cümlədən Rusiyanın iki ən böyük müdafiə şirkətinin və dörd bankının rəhbərləri, həmçinin Rusiya elitasının digər nümayəndələri salınıblar.

“Rusiyanın dövlət atom enerjisi şirkəti “Rosatom” həm Müşahidə Şurasının üzvü, həm də (Rusiya Prezidenti Vladimir) Putinin administrasiyasında baş nazirin müavini olan Aleksandr Novak vasitəsilə Rusiyanın hərbi-sənaye kompleksi ilə dərin əlaqələrə malikdir”, - deyə Britaniya Nazirlər Kabinetinin bəyanatında vurğulanıb.

Bundan əlavə, Böyük Britaniya Rusiyanın “Rostex” və “Almaz-Antey” şirkətlərinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.

Qeyd edək ki, “Rosatom” bu gün atom elektrik stansiyası (AES) tikintisinin sayına görə dünyada birinci yerdədir, nüvə yanacağı istehsalında isə üç dünya liderindən biridir.

Mənbə: BAKMILTV.INFO 

Hiç yorum yok:

Yorum Gönder

Pages