İsveçin baş naziri Ulf Kristersson Ankaranın İsveç və Finlandiya ilə NATO-ya üzvlük barədə danışıqları bərpa etməyə hazır olmasına dair açıqlamasını alqışlayır. O, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.
“Mən onların üçtərəfli saziş üzrə müzakirələri bərpa etmək istəmələrini alqışlayıram”, - hökumət başçısı deyib.
Baş nazirin sözlərinə görə, Ankara heç vaxt təmaslardan tamamilə imtina etməyib. “Türkiyə heç vaxt qapannmayıb. Lakin ortada xeyli təlatümlər var idi”, - o əlavə edib.
Bununla yanaşı, Kristersson qeyd edib ki, üç ölkə arasında yeni görüş üçün hələlik tarix yoxdur.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı təmasları davam etdirməyə hazırdır.
Hiç yorum yok:
Yorum Gönder