Salam hörmətli izləyicilər.
İMİŞLİ rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev rayonun mərkəzi küçələrindən olan Məşədi Əzizbəyov küçəsindəki şam ağaclarını kökündən çıxartdıraraq yerinə qəbirstanlıqlarda məzarların ətrafına əkilən pis qoxulu və insan həyatı üçün təhlükəli olan gül kolları əkdirir.Səbəbin də soruşanda cavabdehlər deyirlər ki, bu kollara mal-qara dəymir.Maraqlıdı görəsən İmişli royon K.T.İ.B-də(KOMXOZ və ya DOST xidmətdən) o, qədər işləməyib dövlət büdcəsindən əməkhaqqı alanlar var onlardan bu ağacların qorunmasına bir- iki nəfəri cəlb etmək olmaz ki imişlilər icra başçı tərəfindən belə təhqir edilir? Yaxud icra hakimiyyətində elə bir ürəkli adam yoxdu ki çıxıb deyə ay Elçin niyə biz imişliləri bu qədər aşağlayırsan, şam ağaclarının əvəzinə insan sağlamlığı üçün təhlükə mənbəyi olan bu kolları rayon küçələrinə əkdirib bizi zəhərləyirsən.Bunu deməyə cəsarət lazımdı o da icra hakimiyyətində işləyənlərdə kimdə var? Hər kəsə öz postu şirindi qara caamat yox.Apardığım müşahidədən bəlli oldu ki hətta həmin gül kolu adı altında zəhırli kollar icra hakimiyyətinin inzibati binasının həyətinə yığılaraq sayla Şəhər İ Ə.D üzrə nümayəndə Fuad Kərimova təhvil verilir.Bilavasitə onun Fuadın rəhbərliyi altında gül əkin əkin işləri K.T.İ.B-nin və "DOST" xidmətin işçiləri tərəfindən icra olunur. Amma imişli rayonunun inkişafına gəlincə isə insafən Sabir və Füzuli heykəllərinin ətrafındakı parklar abadlaşıb, bir neçə küçələrə döşəmələr döşənib( döşənən daşlar da deyilənə görə Elçin Rzayevə məxsus sexdən gətrilib döşənir və keyfiyyətsiz olduğunu iddia edənlərdə var) bunu inkar etmək olmaz.Bəs bundan başqa Elçin Rzayev bu illər ərzində İmişli üçün hansı yenidənqurma və abadlıq işləri görüb?. Heç nə.Deyəsən heç görmək fikridə yoxdu.Heç ona müraciət edən vətəndaşları doğru dürüst qəbul etməyən və onların problemi ilə maraqlanmayan, qəbul etdiyi vətəndaşlara da yalan vədlər verməkdən başqa icra başçısı olaraq o, imişlilər və imişli üçün hansı uğurlu işlərə imza atıb.Heç nəyə. Çünki vətən uğrunda savaşda həyatını itirmişlərin ailələrinə, vətən uğrunda döyüşdə öz sağlamlıqlarını itirmişlərə biganə olar icra başçısı üçün sıravi imişlinin nə əhmiyyəti olacaq? Heç vaxt olmayacaq da!...
MEHMAN MƏMMƏDOĞLU.
Mövzuya qayıdacağıq.
Hiç yorum yok:
Yorum Gönder