Hulusu Akar: “Zəngəzur dəhlizinin açılması hamının xeyrinə olacaq” - VİDEO



“Can qardaşımız Azərbaycanla əməkdaşlığımız davam edəcək”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023” təlimlərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Hulusi Akar Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb.

Türkiyəli nazir mətbuat konfransında Zəngəzur dəhlizi məsələsinə də toxunub.

H.Akar qeyd edib ki, Zəngəzur dəhlizinin açılması hamının xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək:

“Sülhə nail olmaq, ölkələrin təhlükəsizliyi üçün biz bu layihəni tam şəkildə dəstəkləyirik”.

Mənbə: bakmiltv.info

Hiç yorum yok:

Yorum Gönder

Pages