Hindistan və Özbəkistan birgə hərbi təlimlər keçirir



Hindistanın Pitoraqarh şəhərindəki poliqonda Hindistan və Özbəkistan silahlı qüvvələrinin “Dustlik” adlı iki həftəlik birgə təlimi başlayıb.

Məlumata görə, hər bir ölkə təlimlərə 45 hərbçi cəlb edib. Onların vəzifəsi “birgə əməliyyatlar üçün yeni nəsil texnika və texnologiyalardan istifadə etməyi öyrənmək”dir.

Qeyd olunur ki, manevrlər zamanı əsas vurğu iki ölkənin qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasına yönəlib.

Hiç yorum yok:

Yorum Gönder

Pages