Fevralın 26-da “Xətai” metro stansiyası adi iş rejimində fəaliyyət göstərəcək.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə saxlanılacaq.
Qeyd edək ki, fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunacaq.
Bu münasibətlə vətəndaşlar Bakının Xətai rayonunda yerləşən və Xocalı faciəsinə həsr olunan “Ana harayı” abidəsini ziyarət edəcək.
Hiç yorum yok:
Yorum Gönder