Elşən Rüstəmov: “Onunla bağlı ümidlərimiz yarımçıq qaldı”



“Azərbaycan teatrı böyük insanı itirdi”.

Bu sözləri Bakmiltv. İnfo nun açıqlamasında mərhum Azərbaycanın xalq artisti Ramiz Novruzun Yeni Yasamaldakı evində vida mərasimində iştirak edən həmkarı, Əməkdar artist Elşən Rüstəmov deyib.

Onun sözlərinə görə, sonuncu dəfə Ramiz bəyi görəndə səhhəti yaxşı deyildi:

“Yolda gördüm, hiss etdim ki, vəziyyəti yaxşı deyil. Səhhəti ilə bağlı çox nikbin insan idi. Xəstəliyini heç vaxt bildirmirdi. Biz onun sağalacağına ümid edirdik. Lakin get-gedə vəziyyəti daha da pisləşdi”.

E.Rüstəmov qeyd edib ki, o, gənc aktyorların ən böyük dəstəkçisi idi:

“O, bizim hər tamaşamızı izləyirdi. Çatışmayan cəhətlərimizi deyirdi. Kiçik uğurlarımıza belə sevinirdi. Böyük bir insanı itirdik. Çox ağırdır. Onunla bağlı ümidlərimiz yarımçıq qaldı”.

Nəzrin Vahid

Hiç yorum yok:

Yorum Gönder

Pages