Türkiyədə güclü zəlzələnin episentri olan Kahramanmaraş şəhərində 1,5 yaşlı Masal 55 saat sonra yaşadığı binanın dağıntıları arasında tapılıb.
Masal adlı körpəni anası saatlarla əmizdirərək həyatda qalmasına nail olub.
Türkiyə Silahlı Qüvvələrinin axtarış-xilasetmə və Ankara Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları dağıntılar altından səslər gəldiyini eşidiblər. Onlar binanın yan tərəfindəki digər binadan səs gələn yerə qədər tunel açıblar.
Nəticədə körpəsini əmizdirərək yaşatmağa çalışan ana da dağıntılar altından sağ çıxarılıb.
Mənbə: Haber Global
Hiç yorum yok:
Yorum Gönder