Cüdo üzrə Azərbaycan millisinin Açıq Avropa turnirində iştirakı ləğv olunub



Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Açıq Avropa turnirində iştirakı ləğv olunub.

Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır.

İdmançılar yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəklərindən, turnirdə iştirakları ləğv olunub. Onlardan fərqli olaraq, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.

Qeyd edək ki, Açıq Avropa turniri fevralın 11-12-də keçiriləcək.

Hiç yorum yok:

Yorum Gönder

Pages