Cahit Bağçı Xocalı qurbanlarını şeirlə andı: “Sizdəki yaranın özü bizdədir!” - FOTO



Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib. 

Bakmiltv. İnfo-nın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında qeyd edib ki, Xocalı insanlığa sığmayan cinayətdir: 

“Biz sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardından 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq. Bu gün şəhidlərimizin qəbirləri Çanaqqala Geliboluda və Bakıda yan-yanadır. 

Türk millətinin ən ağır faciələrindən biri də Xocalıdır. Qarabağın ermənilər tərəfindən işğalı ilə qətliamlar, yüz minlərlə qardaşımızın yurd yuvalarından didərgin düşmələri bizim də kədərimiz olub. Xocalı qətliamı insanlığa sığmayan cinayətdir”. 

Səfir türkiyəli şair Abdurrahim Karakoçun Xocalı faciəsi ilə bağlı şeirini “Ana harayı” abidəsinin önündə səsləndirib: 

“Bahtına ağlayan azeri kızı
Sen Karabağ dersin,
Ben karayazı Boşlukta çırpınır Türk’ün avazı
Sanma ki, dertlerin azı bizdedir, sizdeki yaranın özü bizdedir…

“Gəl qardaş” diyorsun gelecek yol yok
Şehitler kabrine koyacak gül yok
Çilesiz saat yok, kavgasız yıl yok
Kurşunlar sizdedir, sızı bizdedir

Böyle geldi, böyle gitmez bu oyun
Umdukları gibi bitmez bu oyun
Mazlumun ekmeği, tuzu bizdedir
Sizdeki yaranın özü bizdedir!”

Aysel Aslan

Hiç yorum yok:

Yorum Gönder

Pages