Bakı metrosunda qatarların intervalında gecikmə olub.
Bu barədə Bakmiltv. İnfo -ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metronun “Həzi Aslanov” - “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “Nərimanov” stansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb:
“Maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib”.
Hiç yorum yok:
Yorum Gönder