Azərbaycanlılar Türkiyədə zəlzələdə kimsəsiz qalan uşaqlara sahib çıxa bilməzlər - AÇIQLAMA + YENİLƏNİB/FOTO





Türkiyənin Azərbaycandakı səfirliyindən zəlzələ ilə bağlı yayılan məlumatla əlaqədar açıqlama verilib.

Səfirlikdən Oxu.Az-a bildirilib ki, zəlzələdə valideynlərini itirən uşaqların ölkə xaricinə övladlıq verilməsi xəbəri əsassızdır.

“Ölkəmizdə baş verən zəlzələlərlə bağlı Azərbaycan mətbuatında uşaqlarımız üçün “Azərbaycan vətəndaşları himayədar ailə ola bilər” xəbərləri dərc olunur. Türkiyə Cümhuriyyəti Ailə və Sosial Xidmətlər Nazirliyinin aşağıdakı elanı yalnız Türkiyədə yaşayan vətəndaşlarımız üçündür. Uşaqlarımızın ölkə xaricinə himayədar ailəyə verilməsindən və ya övladlığa götürülməsindən söhbət gedə bilməz”, - açıqlamada bildirilib.

17:56

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələ nəticəsində ailəsi vəfat etmiş və ya hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac olduğunu açıqlayıb.

Qeyd olunub ki, müraciət edən namizəd ailələr “e-Devlet” portalı vasitəsilə və ya zəlzələ zonasından kənarda yaşadıqları ərazi üzrə nazirliyin rayon şöbələrinə müraciət edə bilərlər. Nazirlik indiyədək zəlzələ zonasında ailələri tapılmayan, yetkinlik yaşına çatmayanlar üçün yeganə səlahiyyətli qurumdur.

Zəlzələ baş verən gündən dəstəyini əsirgəməyən azərbaycanlılar da bu prosedura müraciət etmək istəyirlər.

Teleqraf.com məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə sorğu göndərib.

Səfirlikdən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan vətəndaşları da zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti olaraq qoruyucu ailə olmaq üçün müraciət edə bilər.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages