Azərbaycanda ən çox nikahın qeydə alındığı şəhərlərin beşliyi açıqlanıb.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən (ƏN) məlumat verilib.
Rəsmi məlumata görə, 2022-ci ildə qeydiyyat orqanlarında 61 939 nikah dövlət qeydiyyatına alınıb.
Bildirilib ki, say baxımından ilk beşlikdə daha çox nikah Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə Bərdə və Quba rayonlarında qeydə alınıb.
Hiç yorum yok:
Yorum Gönder