Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən yolnəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKIMILITV.INFO-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, söüzgedən magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində yolu keçmək istəyən piyadanı maşın vurub:
“Belə ki, Şəmkir rayon sakini Nəzirə Qasımova yolu keçmək istəyərkən zaman hərəkətdə olan, Elməddin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Məlumat ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları dərhal hadisə yerinə gedib, müvafiq araşdırmalar həyata keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Hiç yorum yok:
Yorum Gönder