Azərbaycanın Ermənistana silah satmağa hazırlaşan Hindistana cavabı nə olacaq? - AÇIQLAMA + FOTO



Ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə diqqət çəkdiyi məsələlərdən biri də Hindistanın Ermənistana silah ixrac etməsi idi. Dövlət başçısı bildirdi ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, harada yaranmasından asılı olmayaraq həmin təhlükəni dərhal dəf edəcəyik. Prezident əlavə olaraq onu da qeyd etdi ki, Azərbaycan hansı ölkələrin Ermənistana silah verməyə hazırlaşdığını görür və bilir: “Əfsuslar olsun ki, onların arasında Hindistan da rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır”. 

Məsələni Oxu.Az-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, bu, sadəcə olaraq, siyasi mesaj idi:

“Diplomatik kanallarla da biz Hindistanla əlaqə saxlamışıq, mesajlarımızı vermişik. Hətta deyim ki, keçən il payız aylarında Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr aparılmışdı. Biz bu kanalları açıq saxlamalıyıq. Dialoq daim olmalıdır. Amma təbii ki, Hindistanın hərəkətləri də aydındır. Biz nəzərə almalıyıq ki, baş verən proseslər müəyyən dərəcədə bizim Pakistanla olan əlaqələrimiz, Azərbaycanın Kəşmirlə bağlı mövqeyi ilə bağlıdır və yeni bir şey deyil. Hətta 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Azərbaycanın işğal olunmuş torpaqlarıyla bağlı qətnamə olunanda Hindistan onun əleyhinə səs vermişdi. Səhv etmirəmsə, ümumilikdə, səkkiz dövlət əleyhimizə səs vermişdi və bir çoxları isə bitərəf qalmışdılar. Ermənistana hərbi silahların satılması isə, təbii ki, Azərbaycana qarşı ayrı bir addımdır. Qoşulmama Hərəkatı çərçivəsində də Hindistanın Azərbaycana qarşı bəzi hərəkətləri olub, ona görə də vəziyyət müəyyən dərəcədə gərgindir, amma əlaqələrin birbaşa qırılması indiki şəraitdə gözlənilmir”.


Hiç yorum yok:

Yorum Gönder

Pages